Qol.Az

"Barselona" və "Yuventus"un uduzmağına təəccüblənməz

[15.04.2019]
"Barselona" və "Yuventus"un uduzmağına təəccüblənməz

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında cavab oyunları öncəsi fikirlərini bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Barselona" - "Mançester Yunayted" və "Yuventus" - "Ayaks" matçları ilə bağlı deyib: "Yuventus" və ya "Barselona"nın, hətta hər ikisinin mübarizəni dayandırmağı məni təəccübləndirməz. Nəticələr hər bir komandanın şansının qaldığını göstərir. İkinci matçlar oynanmadan kimin növbəti mərhələyə yüksəldiyi demək olmaz".

"Mançester Siti" - "Tottenhem" görüşünü də dəyərləndirən portuqaliyalı mütəxəssis bildirib: "Çox çətin oyun olacaq. Amma matçın favoritinin "Mançester Siti" olduğunu düşünürəm. İlk oyunu uduzdular. Amma mən yenə "Mançester Siti deyirəm. Hazırda hər bir komandanın Çempionlar Liqasının kubokunu qazanmaq şansı 12.5 faizdir".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.