Qol.Az

De Rossi mövsümü erkən bitirdi

[15.04.2019]
De Rossi mövsümü erkən bitirdi "Roma"nın kapitanı Daniele De Rossi zədələnib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının son turunda "Udineze" ilə görüşdə xəsarət alan 35 yaşlı yarımmüdafiəçinin durumu ciddidir.

Tibbi müayinə zamanı məlum olub ki, De Rossi 4-5 həftə meydana çıxa bilməyəck. Bu isə onun üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki, karyerası ərzində yalnız "Roma"da çıxış edən təcrübəli futbolçu bu mövsüm A Seriyasında 17 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.