Qol.Az

Qrizmann bunu bacaran ilk futbolçu oldu

[15.04.2019]
Qrizmann bunu bacaran ilk futbolçu oldu İspaniya La Liqasının 32-ci turunda keçirilən "Atletiko" -  “Selta” oyunu (2:0) meydan sahiblərinin futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Qol.az  xəbər verir ki, matçın 74-cü dəqiqəsində fərqlənən Qrizmann, bu mövsüm Madrid klubunda  vurduğu qolların sayını 20-yə çatdırıb. Fransalı hücumçu ardıcıl 5 mövsümdür ki, “Atletiko”nun heyətində  20 və daha çox qol vurur. O, Madrid təmsilçisinin heyətində bunu bacaran ilk futbolçu olub.

Qrizmann 2014/15 mövsümündə 24, 2015/16-da 31, 2016/17-də 26, 2017/18-də isə 26 qola imza atıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.