Qol.Az

FİFA DÇ-2018-dən nə qədər qazanıb?

[16.03.2019]
FİFA DÇ-2018-dən nə qədər qazanıb? FİFA-nın ötən il Rusiyada keçirilən dünya çempionatındakı qazancını açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Mundiala 1 milyad 824 milyon dollar xərc çəkən ali futbol qurumu 5 milyard 357 milyon dollar gəlir əldə edib. Bu isə 3 milyard 533 milyon dollar qazanc deməkdir.

Qeyd edək ki, ötən il iyunun 14-dən iyulun 15-dək keçirilən dünya çempionatının qalibi Fransa millisi olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.