Qol.Az

PSJ Tuhellə bağlı qərarını verdi

[15.03.2019]
PSJ Tuhellə bağlı qərarını verdi

PSJ baş məşqçisi Tomas Tuhellə bağlı qərarını verib.

Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssisə yeni müqavilə təklif olunacaq. Çempionlar Liqasındakı uğursuzluğa baxmayaraq, klub rəhbərliyi çalışdırıcının 2020-ci ildə başa çatacaq sözləşməsinin müddətini daha bir il uzatmaq istəyir.

Qeyd edək ki, PSJ 1/8 final mərhələsində "Mançester Yunayted"ə uduzaraq, ÇL-də mübarizəni dayandırıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.