Qol.Az

"Şalke" baş məşqçisini istefaya göndərdi

[15.03.2019]
"Şalke" baş məşqçisini istefaya göndərdi

"Şalke" baş məşqçisi Domeniko Tedesko ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə 0:7 hesabı ilə uduzduğu cavab oyunundan sonra bu qərar verilib. Klub rəhbərliyi komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən 33 yaşlı mütəxəssisi istefaya göndərib. "Şalke"ni müvəqqəti olaraq Huub Stevensin çalışdıracağı bildirilib.

Qeyd edək ki, ÇL-də mübarizəni dayandıran Almaniya təmsilçisi Bundesliqada 23 xalla 14-cü pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.