Qol.Az

Dadaşov oynadı, komandası uduzdu

[12.02.2019]
Dadaşov oynadı, komandası uduzdu

Almaniyanın 3-cü Bundesliqasında 23-cü turun oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, turun son qarşılaşmasında millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” “Lotte”nin qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşov bu qarşılaşmaya start heyətində meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Proyssen” 33 xalla 8-ci pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.