Qol.Az

"Mançester Yunayted" 33 yaşlı futbolçu ilə müqaviləni yenilədi

[11.02.2019]
"Mançester Yunayted" 33 yaşlı futbolçu ilə müqaviləni yenilədi

"Mançester Yunayted" Eşli Yanqla müqavilənin müddətini uzadıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi 1 illik yeni sözləşməyə imza atıb. Yeni anlaşmaya əsasən, ingiltərəli oyunçu 2020-ci ilin yayına qədər "qırmızı şeytanlar"ın formasını geyinəcək.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Yunayted"də çıxış edən Yanqın hazırkı müqaviləsi bu mövsümün sonuna qədər idi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.