Qol.Az

Mövsümün 150-ci qolu, Eminin ilk dublu

[11.02.2019]
Mövsümün 150-ci qolu, Eminin ilk dublu

Topaz Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” qarşılaşmasında hesabı açan Emin Mahmudov imza atıb.
 
Xatırladaq ki, mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşünə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.