
"Qarabağ" - "Zirə" oyununun vaxtı dəyişdirildi - birinci divizion
[11.02.2019]
Azərbaycan birinci divizionunun 15-ci turunda keçiriləcək "Qarabağ -2" - "Zirə -2" oyununun vaxtı dəyişdirilib.
Qol.az xəbər verir ki, bu barədə Ağdam klubundan PFL-ə müraciət olunub. Əsas heyətin 6 üzvünün 19 yaşadək milli ilə təlim-məşq toplanışında olduğunu əsas gətirən "Qarabağ" matçın təxirə salınmasını xahiş edib.
“Zirə” klubunun razılıq və AFFA-dan daxil olan təsdiq məktubunu nəzərə alan PFL “Qarabağ-2” - “Zirə-2” matçının ehtiyat gün olan martın 4-də keçirilməsinə qərar verib.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.