Qol.Az

Almeyda rəsmən "Qarabağ"da

[12.01.2019]
Almeyda rəsmən "Qarabağ"da

"Qarabağ" millimizin və Qazaxıstan "Astana"sının futbolçusu Riçard Almeydanı heyətinə cəlb edib.

Qol.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi sosial şəbəkədə "Maestro geri döndü" və 29 yaşlı yarımmüdafiəçinin fotosunda "Evinə xoş gəldin, Almeyda" yazıb.

Müqavilənin detalları haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Almeyda  “Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək “Astana”ya keçmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.