Qol.Az

"Qarabağ"ın oyunu ləğv olundu

[12.01.2019]
"Qarabağ"ın oyunu ləğv olundu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın bu gün Rumıniyanın "Botoşani"  klubu ilə nəzərdə tutulan oyunu ləğv olunub.

Qol.az xəbər verir ki, buna Antalyada bir neçə gündür davam edən güclü yağış səbəb olub. Məlumatı "Qarabağ"ın rəsmi saytı yayıb.

Qeyd edək ki, “Qarabağ” yanvarın 16-da Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.