Qol.Az

Abidal Moratanın "Barselona"ya keçidinə razılıq vermədi

[11.01.2019]
Abidal Moratanın "Barselona"ya keçidinə razılıq vermədi

"Barselona"nın idman direktoru Erik Abidal "Çelsi"nin futbolçusu Alvaro Moratanın Kataloniya klubuna keçidinə qarşı çıxıb.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə  görə, ispan hücumçunun agentləri onu La Liqa təmsilçisinə təklif edib. Ancaq Abidal oyunçu ilə müqavilə imzalamamağa qərar verib. Buna iqtisadi məsələlərin səbəb olduğu bildirilir. Belə ki, klub Morata üçün 5 milyon avro icarə haqqını məqsədə uyğun hesab etməyib. Oyunçuya maaş məsələsində də problem yaranıb.

Bundan başqa, "Barsa"nın daha gənc oyunçu ilə müqavilə imzalamaq istədiyi bildirilib.

Qeyd edək ki, 26 yaşlı Morata ilə "Atletiko", "Bavariya", "Borussiya" (Dortmund) və "Sevilya"nın maraqlandığı iddia olunur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.