Qol.Az

"Sumqayıt" birinci divizion klubuna qalib gəldi

[11.01.2019]
"Sumqayıt" birinci divizion klubuna qalib gəldi

Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK yoxlama görüşü keçirib.

Qol.az-ın məlumatına görə, komanda "Dalğa Arena"nın köməkçi meydançasında I Divizion təmsilçisi "Şüvəlan"la qarşılaşıb. Ayxan Abbasovun komandası 4:0 hesablı qələbə qazanıb.

Qolları 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə rəqib qapısından keçirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.