Qol.Az

Rəqibinin başına təpik vuran Müllerin cəzası açıqlandı

[11.01.2019]
Rəqibinin başına təpik vuran Müllerin cəzası açıqlandı Çempionlar Liqasının qrup mərhələsinin son turunun "Ayaks"la səfər qarşılaşmasında (3:3) kobud oyunu ilə yadda qalan "Bavariya"nın futbolçusu Tomas Müllerin cəzası açıqlanıb.

Qol.az xəbər verir ki, UEFA rəqib futbolçunun başına təpik vurduğu üçün meydandan qovulan almaniyalı hücumçunu iki oyunluq cəzalandırıb. Müller 1/8 final mərhələsində "Liverpul"la keçiriləcək oyunları buraxacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 19-u İngiltərədə, cavab matçı isə martın 13-də Almaniyada keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.