Qol.Az

UEFA-dan "Olimpiakos"a cəza

[11.01.2019]
UEFA-dan "Olimpiakos"a cəza UEFA Yunanıstanın “Olimpiakos” klubunu cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə,  Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Milan”la keçirilən oyunda Pirey təmsilçisinin azarkeşlərinin stadionu alovlandırması bu cəzaya səbəb olub.

Komanda növbəti ev oyununu boş tribunalar önündə keçirəcək. Cəza Kiyev “Dinamo”su ilə 1/16 finalın fevralın 14-dəki duelinə tətbiq ediləcək.

Qeyd edək ki, “Olimpiakos” həmçinin 90 min avro cərimələnib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.