Qol.Az

"Sabah"ın ilk kubok qolu və qələbəsi

[07.12.2018]
"Sabah"ın ilk kubok qolu və qələbəsi Dünən start götürən Azərbaycan kubokunun 2018/19 mövsümünün ilk qolunun müəllifi Bəxtiyar Soltanov olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Sabah”ın yarımmüdafiəçisi “Ağsu” ilə səfər oyununda hesabı açıb.
 
Ağsuda keçirilən görüşün 6-cı dəqiqəsində vurulan bu top həm də klubun tarixinə düşüb. Bu, paytaxt təmsilçisinin tarixində Azərbaycan kubokunda vurulan ilk qol olub. “Ağsu”nu 3:0 hesabı ilə məğlub edən “Sabah” ölkə kubokunda özünün ilk qələbəsinə imza atıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.