Türkiyə kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, Superliqa klubu "Fənərbaxça" U-21 millimizin üzvü Ozan Can Kökcünün şərəfini qoruduğu birinci liqa təmsilçisi "Giresunspor"u qəbul edib. Matç İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
"Fənərbaxça" - "Giresunspor" - 1:0
Qol:İslam Slamini, 80
Kökcünün adı zədə səbəbindən iştirak ərizəsinə daxil edilməyib.
Qeyd ki, bu komandalar arasında cavab görüşü 18, 19 və ya 20 dekabr tarixində keçiriləcək.