Qol.Az

Fransada daha iki oyun təxirə salındı

[06.12.2018]
Fransada daha iki oyun təxirə salındı Fransa Liqasının 17-ci turunda keçirilməli olan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.

Qol.az-ın məlumatına görə, bu barədə Liqa 1-in rəsmi saytı xəbər yayıb.

Təxirəsalmaya ölkədə benzinin bahalaşmasına görə keçirilən etiraz aksiyalarının davam etməsi səbəb olub.

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də digər oyun isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ -  "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.