Qol.Az

"Komandam xarakter göstərdi" - Ayxan Abbasov

[06.12.2018]
"Komandam xarakter göstərdi" -<b style="color:red"> Ayxan Abbasov</b>

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan" üzərində 4:0 hesablı qələbəni şərh edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis futbolçularının xarakter göstərdiyini bildirib:

"İlk olaraq komandanı təbrik edirəm. Belə meydançada xarakter göstərdilər. Gənclərə və az oynayan uşaqlara şans vermişdik. Rəqibə də uğurlar arzulayırıq. Süni örtüklü stadion olduğuna görə əsas heyətin bir sıra oyunçusuna zədədən qorunsunlar deyə şans vermədim. “Qaradağ Lökbatan”a növbəti oyunlarda uğurlar arzu edirəm. Növbəti oyunumuzun “Neftçi”ylə olacağına gəlincə, bütün komandalara hörmət edirik. Hər oyun çətin olur. O ki qaldı Nicat Qurbanova, yorulsa belə, 90 dəqiqə oynatdım, onun buna ehtiyacı var".

"Qaradağ Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev isə oyunla bağlı bunları deyib: "Premyer Liqa ilə divizion arasındakı səviyyə fərqi özünü göstərdi. Futbolçularımızın çoxu 20 və daha aşağı yaşda idilər. Onlar ilk dəfə idi ki, Premyer Liqa klubu ilə oynayırdılar. Rəqibə uğurlar arzu edirəm, təəssüflənməyimə yeganə səbəb müdafiə xəttinin həddən artıq zəif çıxış etməsi oldu".

Qeyd edək ki, böyükhesablı qələbədən sonra adını 1/4 finala yazdıran "Sumqayıt" bu mərhələdə "Neftçi"yə rəqib olub. Komandalar arasında ilk oyun dekabrın 15-də, cavab matçı isə 4 gün sonra olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.