Qol.Az

“Məni Messi ilə necə müqayisə edirsiniz?” – Pele

[06.12.2018]
“Məni Messi ilə necə müqayisə edirsiniz?” – <b style="color:red">Pele </b>

Braziilya millisinin əfsanəvi futbolçusu Pele maraqlı açıqlama verib.

Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan veteran oyunçu “Barselona”nın hücumçusu Lionel Messidən daha yaxşı futbolçu olduğunu söyləyib:

“Messinin sadəcə, bir istedadı var. Bütün qolları sol ayaqla vurub. Onu mənimlə necə müqayis edə bilərsiniz? Həm sağ, həm sol, həm də başla qollar vuran birini təkcə sol ayağı ilə qol vuran biriylə qarşılaşdırırsınız? Messinin təkcə bir istedadı var, başla da qol vura bilmir. Maradona da Messidən daha yaxşı idi”.

Qeyd edək ki, Pele Braziliya millisində 93 oyuna 77 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.