Qol.Az

Mane "Qəbələ"yə keçir?

[06.12.2018]
Mane "Qəbələ"yə keçir?

Qazaxıstanın "Akjayık" klubunun hücumçusu Malik Mane karyerasını ölkəmizdə davam etdirə bilər.

Qol.az-ın "sports.kz" saytına istinadən yaydığı xəbərə görə, bu barədə seneqallı futbolçunun meneceri Valeri Reşetnyov məlumat verib. O bildirib ki, afrikalı oyunçuya "Qəbələ" və İranın "Persepolis" klublarından təklif gəlib. Hətta menecer bu klublarla ilkin danışıqların olduğunu da gizlətməyib. Reşetnyov həmçinin Qazaxıstan Premyer Liqa təmsilçilərinin də Maneyə maraq göstərdiklərini iddia edib.

Qeyd edək ki, bu mövsüm "Akjayık"ın heyətində 27 çempionat oyununa çıxan 30 yaşlı forvard 9 qol vurub və 2 məhsuldar ötürmə verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.