Qol.Az

Millimizin rəqibinin heyəti açıqlandı - 23 legioner var

[09.11.2018]
Millimizin rəqibinin heyəti açıqlandı - <b style="color:red"> 23 legioner var</b>

UEFA Mİllətlər Liqasında bu ay Azərbaycan və Malta ilə qarşılaşacaq Kosovo yığmasının heyəti açıqlanıb.

Qol.az-ın xəbərinə görə, baş məşqçi Bernard Şalland 24 futbolçuya dəvət göndərib ki, onlardan 23-cü legioner həyatı yaşayır. Yalnız 3-cü qapıçı Visar Bekay ölkəsinin "Priştina" klubunda çıxış edir.


Qapıçılar - Samir Uykani ("Rizəspor", Türkiyə), Аryanet Muriç ("Mançester Siti", İngiltərə), Visar Bekay ("Priştina")

Müdafiəçilər – Аrdin Dallku  ("Vorskla", Ukrayna) Leart Pakyarda ("Zаndхаuzen", Almaniya), Benjamin Kololli, Mirland Kreziu (hər ikisi - "Sürix", İsveçrə), Albert Cmeaili ("Ksamaks", İsveçrə) Əmir Rəhmani ("Dinamo" Zaqreb, Xorvatiya), Fidan Аliti ("Skenderbeu", Albaniya), Merqin Voyvoda ("Muskron", Belçika)

Yarımmüdafiəçilər – Arber Zeneli ("Herenven", Hollandiya), Milot  Raşisa ("Verder", Almaniya), Edon Jerqova  ("Genk", Belçika), Donis Avdiyay  ("Villem", Hollandiya), Besar Həlimi ("Brondbü", Danimarka), Bersant Çelina ("Suonsi", Uels), Valon Berişa, ("Latsio", İtaliya) Ekuran Kreziu ("Sürix", İsveçrə), Gerolind Şala ("Start", Norveç), İdris Вoka ("Lütsern", İsveçrə)

Hücumçular: Vedat Muriki ("Rizəspor", Türkiyə), Atde Nuxiu ("Şeffild Uensdey", İngiltərə), Lirim Kastrati ("Lokomotiv" Zaqreb, Xorvatiya).

Qeyd edək ki, hazırda Kosovo 8 xalla qrup lideridir. Azərbaycan 6 xalla ikincidir. Bu komandalar arasında qarşılaşma qrupun son turunda – noyabrın 20-də Priştina şəhərində keçiriləcək. Noyabrın 17-də isə Kosovo Maltanın qonağı olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.