Qol.Az

"Qarabağ"ın qələbəsi reytinqimizə necə təsir etdi? - UEFA açıqladı

[09.11.2018]
"Qarabağ"ın qələbəsi reytinqimizə necə təsir etdi? - <b style="color:red"> UEFA açıqladı</b>

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, keçirilən 24 qarşılaşma ilə cədvəldə müəyyən dəyişikliklər olub.

Ukraynada  “Vorskla”nı  1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bununla da Azərbaycan bir pillə irəliləyərək 26-cı yerə yüksəlib. Ölkəmiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.