Qol.Az

"Qarabağ" qrup mərhələsində ilk qolunu vurdu - bu mövsüm

[09.11.2018]
"Qarabağ" qrup mərhələsində ilk qolunu vurdu - <b style="color:red">bu mövsüm</b>

"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində ilk qolunu vurub.

Qol.az-ın məlumatına görə, qolun müəllifi  Araz Abdullayev olub. O, Avroliqanın qrup mərhələsinin 4-cü turunda hazırda davam edən "Vorskla" ilə səfər oyununun 13-cü dəqiqəsində penaltidən fərqlənib.

Bu, Arazın "Qarabağ"la avrokuboklarda vurduğu ilk qol olub.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl qrup mərhələsində keçirdiyi üç oyunda da fərqlənə bilməmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.