Qol.Az

Almeyda oynadı, Enrike qol vurdu

[08.11.2018]
Almeyda oynadı, Enrike qol vurdu Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” öz meydanında Çexiyanın “Yablonets” klubunu qəbul edib.

Görüş “Astana”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Almeyda 71-ci dəqiqə əvəzlənib. “Astana”nın ilk qolunu 18-ci dəqiqədə “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike vurub.  O, 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbə ilə xalını 8-ə çatdıran Qazaxıstan klubu liderliyini möhkəmləndirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.