Qol.Az

Arşavin karyerasını bitirdi

[08.11.2018]
Arşavin karyerasını bitirdi Rusiya millisinin sabiq üzvü Andrey Arşavin karyerasını bitirib.

Qol.az-ın məlumatına görə, bunu  “Kayrat”ın 37 yaşlı hücumçusu Qazaxıtan mətbuatına açıqlamasında özü deyib.

“Əlbəttə, istəyirəm ki, futbolda məşqçi kimi qalım. Ancaq daha əvvəl də dediyim kimi, bu, mənim üçün çətin olacaq” – deyə o, qeyd edib.

Qazaxıstan Premyer Liqasının 33-cü  turunda "Şaxtyor"la (Karaqanda) keçiriləcək oyunda Arşavin  üçün vida mərasimi təşkil edəcək. Ancaq o, cəzalı olduğundan bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Arşavin London “Arsenal”ı və “Kuban”da da oynayıb. O, Rusiya millisində 74 oyuna 17 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.