Qol.Az

"Neftçi" - "Zirə": 14-cü duel

[08.11.2018]
"Neftçi" - "Zirə": <b style="color:red">14-cü duel</b> "Zirə" Topaz Premyer Liqasının bu həftə keçiriləcək XI turunda "Neftçi" ilə qarşılaşacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu görüş komandaların çempionatda 14-cü oyunu olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində üstünlük "qartallar"ın tərəfindədir. “Zirə” əvvəlki 13 matçdan 8-də qalib gəlib. 3 dəfə heç-heçə edən komanda yalnız son iki görüşdə uduzub.

Rəqib qapısından 16 top keçirən "Zirə" 9 qol buraxıb. Bu 16 qola 11 futbolçu imza atıb, daha bir qolu “Neftçi” öz qapısına vurub. Duellərdə “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diez 3, Nelson Bonilya və Riçard Qadze hərəyə 2 dəfə qol sevinci yaşayıb.

“Qartallar” “Neftçi” ilə səfər matçlarında daha yaxşı çıxış edir. 7-ci dəfə rəqibinin qonağı olacaq komanda əvvəlki 6 matçda uduzmayıb. Səfərdə 3 qələbə qazanan “Zirə” eyni sayda heç-heçə edib. Rəqib meydanında 7 qola sevinən "Zirə" 4 top buraxıb.

Qeyd edək ki, noyabrın 10-da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 19:30-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.