Qol.Az

"Fənərbaxça" Avcı ilə razılığa gəldi

[08.11.2018]
"Fənərbaxça" Avcı ilə razılığa gəldi

"Fənərbaxça"nı yeni mövsümdən böyük ehtimalla "Başakşəhər"in baş məşqçisi Abdullah Avcı çalışdıracaq.

Qol.az-ın Türkyə mətbuatına istinadən yaydığı xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub. İstanbul klubunun rəhbərliyi yeni mövsümdən komandanın başında məhz türk mütəxəssisi görmək istəyir.

Qeyd edək ki, A.Avcının çalışdırdığı "Başakşəhər" Türkiyə Superliqasında 24 xalla liderdir.

Xatırladaq ki, "Fənərbaxça" baş məşqçisi Filipp Kokunu istefaya göndərib. Komandanı müvəqqəti olaraq məşqçi Ervin Kuman çalışdırır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.