Qol.Az

Remzi "Arsenal"dan gedir? - Unay Emeridən açıqlama

[19.10.2018]
Remzi "Arsenal"dan gedir? - <b style="color:red">Unay Emeridən açıqlama</b>

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın baş məşqçisi Unay Emeri futbolçusu Aaron Remzinin yanvarda London klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı o deyib: "Yanvara hələ kifayət qədər vaxt var. Mən ilk növbədə oyun haqda düşünürəm. Remzinin mənə başqa futbolçular kimi oyunu lazımdır. Onunla bağlı heç nə dəyişməyəcək. Ya start heyətdə, ya da ehtiyatda olacaq. Remzi meydana istəklə çıxmalıdır".

Qeyd edək ki, A.Remzi 2019-cu ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmayacağını açıqlayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.