Qol.Az

Xama Billiat "Barselona"ya qarşı oynadı

[17.05.2018]
Xama Billiat "Barselona"ya qarşı oynadı

"Barselona" yoldaşlıq oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Kataloniya klubu CAR çempionu “Mamelodi Saundaunz”la qarşılaşıb. CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə təşkil edilən görüş "Barsa"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Mamelodi Saundaunz” - "Barselona" - 1:3
Qollar
: Dembele, 3 (0:1), Suares, 19 (0:2), Qomes, 66 (0:3), Vilakazi, 76 (1:3)

"Qarabağ"ın maraqlandığı “Mamelodi Saundaunz”un futbolçusu Xama Billiat "Barselona"ya qarşı 77 dəqiqə oynayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.