Qol.Az

Bakı finalının ilk bileti Rövnəq Abdullayevə təqdim olundu

[17.05.2018]
Bakı finalının ilk bileti Rövnəq Abdullayevə təqdim olundu Avroliqanın finalında keçirilən “Marsel” - “Atletiko” oyunundan öncə Fransanın Lion şəhərində, “Stade de Lyon” stadionunda UEFA-nın prezidenti Aleksander Çeferin Avroliqa turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final matçının ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.