Qol.Az

"Maradonanın "Dinamo"ya gəlişi Qaqarinin kosmosa uçması kimi bir şeydir"

[16.05.2018]
"Maradonanın "Dinamo"ya gəlişi Qaqarinin kosmosa uçması kimi bir şeydir"

Belarusun “Dinamo” klubunun yarımmüdafiəçisi Pavel Nexayçik Dieqo Maradonanın Brest təmsilçisinin sükanı arxasına keçməsinə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, futbolçu “RİA Novosti”yə açıqlamasında bildirib ki, Maradonanın gəlişi onlar üçün əsl sürpriz olub:

“Biz özümüz də bütün xəbərləri internetdən oxuyuruq. Klubun belə bir məşqçini gətirməsi böyük hadisədir. Bu, bizim üçün əsl süpriz oldu. Maradonanın “Dinamo”ya gəlişi Yuri Qaqarinin kosmosa uçması kimi bir şeydir. Əvvəlcə hamı elə bilirdi ki, bu, zarafatdır, təyinat mümkün deyil. İndi isə biz yaxşı fotoaparat almalıyıq ki, Dieqo ilə görüşdə şəkil çəkdirə bilək”.

Qeyd edək ki, Maradona "Dinamo" klubu ilə 3 illik müqavilə imzalayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.