Qol.Az

Ərtoğrul Sağlam "Kayserispor"da

[16.05.2018]
Ərtoğrul Sağlam "Kayserispor"da Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, Super Liqa təmsilçisini "Traktor Sazi"nin baş məşqçisi Ərtuğrul Sağlam çalışdıracaq. 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Onun bu gün Kayseriyə gedəcəyi bildirilir.

Ə.Sağlam bu vəzifədə dünən istefaya göndərilən Marius Şumudiçanı əvəz edəcək.

Qeyd edək ki, türkiyəli mütəxəssis yanvar ayından "Traktor Sazi"yə rəhbərlik edirdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.