Qol.Az

DÇ-2026-nın ev sahibi nə zaman müəyyənləşəcək?

[16.05.2018]
DÇ-2026-nın ev sahibi nə zaman müəyyənləşəcək? 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilatçının adı iyunun 13-də müəyyənləşəcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, həmin gün Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək.

Məhz həmin koqresdə DÇ-2026-nın ev sahibinin adı məlum olacaq.

Qeyd edək ki, mundialı təşkil etməyə birgə ABŞ, Meksika və Kanada, eləcə də Mərakeş iddialıdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.