Qol.Az

Ukrayna Rusiyadakı yarışları boykot etdi

[14.03.2018]
Ukrayna Rusiyadakı yarışları boykot etdi Ukraynalı idmançılar Rusiyada keçiriləcək yarışlarda iştirak etməyəcək.

Qol.az-ın məlumatına görə, bu haqda Ukraynanın idman naziri İqor Jdanov sərəncam imzalayıb. Məlumatı nazir özü şəxsi Feysbuk səhifəsində paylaşıb.

Jdanov qeyd edib ki, Rusiyanın daxili və xarici siyasətini nəzərə alaraq, oradakı yarışlar ukraynalı idmançılar üçün təhlükəlidir.

Xatırladaq ki, son vaxtlar iki ölkə arasında siyasi gərginlik yaşanır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.