Qol.Az

“Bizi Azərbaycanla maraqlı oyun gözləyir” – belaruslu futbolçu

[14.03.2018]
“Bizi Azərbaycanla maraqlı oyun gözləyir” – <b style="color:red">belaruslu futbolçu</b>

“Hər zaman ölkəmin yığması üçün oynamağa hazıram. Düzdür, ötən il bəzi oyunlara dəvət almadım. Bu, məşqçilər korpusunun qərarı idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri Belarus millisinin üzvü İqor Şitov deyib. “Astana” klubunun şərəfini qoruyan müdafiəçi Qazaxıstan mətbuatına açıqlamasında martın 23-də yığmamızla keçirəcəkləri oyuna da toxunub: “Martın 23-də Bakıda Azərbaycan, 27-də isə Lyublyanada Sloveniya ilə oynayacağıq. Düşünürəm ki, bizi maraqlı oyunlar gözləyir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda martın 23-də keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.