Qol.Az

Dino Ndlovu qolla başladı – Video

[14.03.2018]
Dino Ndlovu qolla başladı – <b style="color:red">Video</b>

“Zeyanq Qrintaun”a transfer olunan “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu çıxış etdiyi Çinin birinci liqasında ilk qolunu vurub.

Qol.az-ın xəbərinə görə, bu, onun rəsmi debüt oyununda, “Nei Mongol Zhongyou” komandası ilə çempionatın ilk turundakı matçında baş verib. 2:0 hesabı ilə yekunlaşan görüşdə cənubi afrikalı futbolçu 56-cı dəqiqədə hesabı açan oyunçu olub.

Qeyd edək ki, bu ilin yanvarında “Qarabağ” Ndlovunu Çin klubuna satıb. 




<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.