Qol.Az

Ufuk Budak AFFA-dan niyə üzr istəyib?

[14.03.2018]
Ufuk Budak AFFA-dan niyə üzr istəyib? Millimizin mart ayında Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alan “Manisaspor”un müdafiəçisi Ufuk Budak AFFA rəsmiləri ilə əlaqə saxlayaraq üzrxahlıq edib.

Qol.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Zədə səbəbindən yığmanın qarşıdakı toplanışına qatıla bilməyəcəyi dəqiqləşən milliləşdirilmiş futbolçu buna görə məyus olduğunu bildirib.

Qeyd edək ki, artıq müalicəsinə başlanılan Budakın PTT birinci liqanın “Adanaspor”la oyununa qədər sağalacağı gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.