Qol.Az

"Barselona" və "Bavariya" 1/4 finalda

[15.03.2018]
"Barselona" və "Bavariya" 1/4 finalda

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, ilk görüşdə "Beşiktaş" "Bavariya"nı qəbul edib.

Bu oyun daha çox formal xarakter daşıyırdı. Çünki İstanbul klubunun ilk matçda qeydə alınan 0:5 hesablı yenilginin əvəzinin çıxması inandırıcı görünmürdü. Oyun Münhen klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Bavariya" 1/4 finala yüksəlib.

Digər görüşdə "Qarabağ"ın yer aldığı qrupda ikinci yeri tutan "Çelsi" səfərdə "Barselona"nın qonağı olub. Londondakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqlənmişdilər. Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən "Barselona" növbəti mərhələyə yüksələn sonuncu komanda olub.

   
 

14 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) - 1:3
Qollar:
Alkantara, 18 (0:1), Gökan Gönül,46-avtoqol (0:2), Vaqner Lav, 59 (1:2), Sandro Vaqner, 84 (1:3)
İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 3:0
Qollar:
Lionel Messi, 3, 63, Usman Dembele, 20
İlk oyun – 1:1

13 mart

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0
İlk oyun - 1:2

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2
İlk oyun – 0:0


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.