Qol.Az

“Borussiya”da yeni müqavilə

[14.03.2018]
“Borussiya”da yeni müqavilə Lukaş Pişçek Dortmund “Borussiya”sındakı çıxışını davam etdirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, polşalı futbolçu klubu ilə müqaviləsini yeniləyib.

Pişçekin yeni sözləşməsi 2020-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi “Borussiya”da 2010-cu ildən çıxış edir. Pişçek cari mövsüm Bundesliqada 16 oyunda forma geyib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.