Qol.Az

İnyesta "Çelsi"yə qarşı oynaya bilər

[13.03.2018]
İnyesta "Çelsi"yə qarşı oynaya bilər “Barselona”nın kapitanı Andres İnyesta zədəsini sağaldıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, 34 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilsə də, o, artıq komanda ilə məşqlərə başlayıb. İnyestanın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə sabah keçiriləcək cavab matçında iştirak edə biləcəyi söylənilir.

Qeyd edək ki, “Barselona” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.