Qol.Az

Qrizmann "Barselona" ilə müqavilə bağlayıb?

[13.03.2018]
Qrizmann "Barselona" ilə müqavilə bağlayıb? Yayda “Barselona”ya keçidi gündəmdə olan “Atletiko”nun hücumçusu Antuan Qrizmannla bağlı ortaya yeni iddia atılıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, ulduz futbolçunun kataloniyalılarla şəxsi müqavilə imzaladığı yazılıb. Tərəflərin ötən ilin oktyabr ayında razılığa gəldiyi, bir neçə gün öncə isə münasibətləri rəsmiləşdirdiyi iddia olunur.

Qeyd edək ki, “Barselona”nın mövsümün sonunda “Atletiko”ya 100 milyon avro təzminat ödəməklə Qrizmannı heyətinə qatacağı gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.