Qol.Az

"Beşiktaş"ın futbolçusu həbs oluna bilər

[13.03.2018]
"Beşiktaş"ın futbolçusu həbs oluna bilər "Beşiktaş"ın müdafiəçisi Caner Erkin həbs oluna bilər.

Qol.az-ın Türkiyəmətbuatına istinadən yaydığı xəbərə görə, buna futbolçunun “Başakşəhər”lə oyunda ona sarı vərəqə göstərən görüşün baş hakimi Mete Kalkavanı təhqir etməsi səbəb olub. Həmin anın kameralara düşməsi Canerin əməlinin üstünün açılmasında böyük rol oynayıb.

Bu gün İstanbul Cəza Məhkəməsi 28 yaşlı futbolçunun işi ilə bağlı iddianamə qəbul edib. Caneri 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.