Qol.Az

Arda Turan rəsmən "Başakşəhər"də

[13.01.2018]
Arda Turan rəsmən "Başakşəhər"də “Barselona”nın futbolçusu Arda Turanın “Başakşəhər”ə keçidi rəsmiləşib.

Qol.az-ın Türkiyə klubunun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi bu gün müqavilə bağlamaq üçün İstanbula gedəcək.

"Barselona"nın rəsmi saytı isə Ardanın "Başakşəhər"ə 2.5 illiyə icarəyə verildiyini açıqlayıb.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.