Qol.Az

Hollandiya klubu Ozan Can Kökcünü millimizə buraxmadı

[13.01.2018]
Hollandiya klubu Ozan Can Kökcünü millimizə buraxmadı

Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  milliləşdirilmiş türk futbolçunu klubu yığmamıza buraxmayıb.

19 yaşlı yarımmüdafiəçinin milliyə cəlb olunması ilə bağlı öncədən Hollandiya təmsilçisi ilə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən kub rəhbərliyi Özan Can Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.