Qol.Az

Messinin yeni müqaviləsinin detalları açıqlandı

[13.01.2018]
Messinin yeni müqaviləsinin detalları açıqlandı

Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin detalları açıqlanıb.

Qol.az-ın “Football Leaks”ə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu yeni anlaşmaya əsasən, vergilər də daxil olmaqla, illik 104 milyon avro qazanacaq.
 
Əgər o, müqaviləsinin müddəti başa çatana qədər Kataloniya klubunda qalsa, əlavə 70 milyon avro alacaq.
 
Bundan başqa, komanda Çempionlar Liqasının qalibi olacağı təqdirdə, L.Messi 12 milyon avro ilə mükafatlandırılacaq. 30 yaşlı hücumçi mövsüm ərzində matçların ən azı 60 faizində oynasa, 1.9 milyon avro qazanacaq.

Qeyd edək ki, L.Messi "Barsa" ilə müqaviləsinin müddətini 2021-ci ilin iyununa qədər uzadıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.