Qol.Az

"İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm" - "Qəbələ"nin futbolçusu

[13.01.2018]
"İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm" - <b style="color:red">"Qəbələ"nin futbolçusu</b>

 Uzun müddətdir zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin futbolçusu Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir.

Qol.az-ın məlumatına görə, o, Qəbələ TV-yə müsahibəsində bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir.

"8 həftə əvvəl "Neftçi" ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Və sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqlərə başlayacam.Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda məşqlərdə komandaya qoşulacam. Və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm" - deyə o bildirib.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.