Qol.Az

"Neymarın PSJ-yə keçidi geriyə addımdır" - Ronaldo

[13.01.2018]
"Neymarın PSJ-yə keçidi geriyə addımdır" - <b style="color:red"> Ronaldo</b> Braziliya millisinin sabiq futbolçusu Ronaldo həmyerlisi Neymarın “Barselona”dan PSJ-yə keçidinə münasibət bildirib.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, veteran hücumçu Neymarın bu addımının bəyənmədiyini deyib:

“İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır. Ancaq hər kəs özü üçün yeni macəra axtarır”.

Ronaldo özünün “Barselona”dan Milan “İnter”inə keçidini isə belə izah edib: “Mən də vaxtilə “Barselona”nı tərk edib, “İnter”ə keçmişəm. Ancaq o zaman İtaliya çempionatı daha gərgin idi”.

Xatırladaq ki, ötən ilin yayında “Barsa”dan 222 milyona PSY-yə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.