Qol.Az

“Azarkeşlər fərqli “Kəpəz” görəcəklər”

[12.01.2018]
“Azarkeşlər fərqli “Kəpəz” görəcəklər”

“Plan üzrə hazırlaşırıq, hər şey qaydasında gedir. Gündə iki dəfə ciddi şəkildə məşq edirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov klubun saytına təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

“Məşqlər ağırdır, çünki fiziki yöndə hazırlıq keçirik. Əslində başa düşüləndir. Belə hazırlaşmalıyıq ki, çempionatda bəhrəsini görək. Məşqçilər tərəfindən verilən tapşırıqların hamısını yerinə yetirməyə çalışırıq. Çox işləməliyik, bunu yaxşı başa düşürük. Məqsədimiz çempionata 100 faiz hazır olmaqdır” - deyə o bildirib.
 
C. Cavadov komandaya yeni gələn oyunçuların daxili rəqabəti artıracağını düşündüyünü söyləyib: “Heyətin güclənməsi istiqamətində işlər görülür, kollektivə yeni futbolçular qoşulur. Böyük rəqabət artıq hiss olunmaqdadır. Hər mövqeyə 2-3 oyunçu var. Heç kim arxayınlaşmamalıdır ki, əsas heyətdə yeri təmin olunub. Əksinə, tam ciddi formada məşq etmək lazımdır. Bu gedişlə çempionata tam hazır olacağıq və azarkeşlər fərqli “Kəpəz” görəcəklər”.   


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.